Azərbaycan Basketbol Liqası: "Sabah" və "Neftçi" finala yüksəlib

29 Aprel 2025 21:40 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında finala yüksələn komandalar bəlli olub.

SİA xəbər verir ki, "Sabah" və "Neftçi" kollektivləri həlledici raundda mübarizə aparacaqlar.

"Sabah" ikinci görüşdə "Şəki"ni (96:72), "Neftçi" isə "Abşeron"u (81:72) məğlub edərək finala vəsiqə qazanıb.