Azərbaycan Basketbol Liqasında ilk finalçı bəlli olub

29 Aprel 2025 16:02 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib. SİA xəbər verir ki, "Sabah" həlledici raundda iştirak hüququ qazanıb.

Paytaxt təmsilçisi yarımfinal mərhələsinin ikinci oyununda səfərdə "Şəki"ni 96:72 hesabı ilə üstələyib. Bakı klubu ilk görüşdə də qalib gəlmişdi - 86:73.

İkinci yarımfinal qarşılaşmasında "Neftçi" və "Abşeron" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun saat 19:00-da başlayacaq. İlk matç "ağ-qaralar"ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.