Yeni yaranan "DH Volley Baku" komandasının baş məşqçisi Fərid Cəlalov qarşıdakı hədəflərdən danışıb. SİA xəbər verir ki, o, bu barədə klubun təqdimat mərasimində bildirib.
F.Cəlalov yeni komandanın yaranmasının sevindirici hal olduğunu söyləyib: "Klubun xeyli üzvü yerlidir. Gəncləri dəvət etməyi də düşünürük. Hədəflərə gəlincə, istər oyunçular, istərsə də məşqçilər olsun, həmişə final oynamağı düşünürük. Sentyabrdan məşqlərə başlayacağıq. Büdcə barədə bir söz deyə bilmərəm. Təbii ki, legionerlər də dəvət edəcəyik. Bu, daha yaxşı oynamaq və gənclərin də onların yanında təcrübə qazanmaları üçün vacibdir".