Azərbaycanda yeni voleybol komandasının yaranması sevindirici haldır. SİA xəbər verir ki, bunu yeni yaranan "DH Volley Baku"nun kapitanı Aynur İmanova klubun təqdimat mərasimində bildirib.
O, yerli voleybolçulara şans verilməsini yaxşı hal sayıb: "Yerlilərə şans verdiklərinə görə təşəkkür edirəm. Çox yaxşı haldır ki voleybolçuları sentyabrda deyil, indidən cəlb edirlər".
A.İmanova hədəflərinin çempionluq olduğunu söyləyib: "Üç il ardıcıl "Azərreyl"də oynadım. Bu, mənim üçün yeni klubdur. Burada da hədəfimiz çempionluqdur. Bunun üçün çalışacağıq və əlimizdən gələni edəcəyik. Yerlilərin komandaya cəlb olunması milliyə də yaxşı təsir edəcək".