Azərbaycanda ICESCO-nun regional ofisi yaradılır

29 Aprel 2025 16:00 (UTC+04:00)

Azərbaycanda ICESCO-nun regional ofisi yaradılır. SİA xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib.

"Bu, ICESCO üçün bir qovşaq olacaq. Yəni, bu, həm Azərbaycanı, həm də Mərkəzi Asiyanı birləşdirən bir qovşaqdır. Biz Azərbaycanda hər istiqamət üzrə qurumlarla əməkdaşlıq etmişik", - deyə Baş direktor vurğulayıb.