COP29-un Gənc İqlim Çempionu “YouthLead Climate Action”da iştirak edib

29 Aprel 2025 15:50 (UTC+04:00)

COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova "YouthLead Climate Action" tədbirinin təşkilatçılarından biri olub. SİA xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məlumata əsasən, iştirakın məqsədi gənclərin Belemdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) ilə bağlı prioritetləri və istəkləri haqqında fikirlərini dinləmək olub.

"Bu, COP29 və bu il keçiriləcək COP30-un gənc iqlim çempionlarının işi barədə məlumat verməyə kömək edəcək dəyərli müzakirə idi", - paylaşımda qeyd edilib.