AFFA-nın əməkdaşı UEFA Akademiyasının təhsil proqramını fərqlənmə ilə başa vurub

29 Aprel 2025 11:22 (UTC+04:00)

AFFA-nın beynəlxalq oyunların təşkili üzrə meneceri Rasif Babayev UEFA Akademiyasının və Lozanna Universitetinin birgə təşkil etdiyi “UEFA Certificate in Football Management” (CFM) təhsil proqramını fərqlənmə (Certificate of Merit) ilə başa vurub. SİA xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu proqram futbol idarəçiliyi sahəsində Avropa səviyyəsində nəzəri və praktiki biliklərin inkişaf etdirilməsinə yönəlib və UEFA-nın rəsmi sertifikatı ilə nəticələnir.