Pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısı alınmalıdır - Xidmət rəisi

29 Aprel 2025 10:44 (UTC+04:00)

Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmalıdır. SİA xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda Əfqanıstanla bağlı tədbirdə deyib.

Xidmət rəisi qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd Əfqanıstanla bağlı məsələdə vahid mövqe ortaya qoyulmasıdır:

"Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması, bu ölkədə əmin-amanlığın təmin edilməsi vacibdir. Bütün bunlar üçün region ölkələrinin və digər dövlətlər koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklər".