Qusarda 64 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb

29 Aprel 2025 09:59 (UTC+04:00)

Qusarda 64 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. SİA xəbər verir ki, hadisə rayonun Piral kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Şehidulla Balakişiyev evinin 2-ci mərtəbəsindəki pilləkəndən yıxılaraq ölüb.

Araşdırma aparılır.