Gəncədə bıçaqlanan iki nəfərdən biri ölüb, saxlanılan var

29 Aprel 2025 09:47 (UTC+04:00)

Gəncədə iki nəfər bıçaqlanıb, onlardan biri ölüb, saxlanılan var. SİA-nın məlumatına görə, Gəncə şəhəri ərazisində 1994-cü il təvəllüdlü Osman Nağıyev və 1995-ci il təvəllüdlü Eyyub Talıbov bıçaqlanıb.

Onlardan E.Talıbov ölüb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Eyyub Talıbova bıçaqla xəsarər yetirərək onun ölümünə səbəb olmaqda şübhəli bilinən 29 yaşlı Alim Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.