ABŞ husilərə kömək edənlərə sanksiya tətbiq etdi

29 Aprel 2025 07:48 (UTC+04:00)

ABŞ Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarına dəstək verən şirkət və gəmilərə qarşı sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Məhdudiyyətlər Mavrikidə qeydiyyatdan keçmiş “Bagsak Shipping”, eləcə də Livanda qeydiyyatdan keçmiş “Great Success Shipping” və “Zaas Shipping & Trading” şirkətlərinə qarşı tətbiq edilib. Sanksiya siyahısına həmçinin Panama və San Marino bayraqları altında üzən tankerlər də daxil edilib.