Naxçıvanlı kikboksçu Türkiyədə döyüş gecəsinin qalibi olub

28 Aprel 2025 19:26 (UTC+04:00)

İstanbulda “AKIN Fight” promouşn turniri çərçivəsində peşəkar kikboksinq gecəsi təşkil olunub.

SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvanda fəaliyyət göstərən “Levent Bulut” Döyüş Klubunun təsisçisi və məşqçisi Etibar Qəribovun rəhbərliyi altında 4 kikboksçu turnirin “Alt maçlar” formatında öz qüvvəsini sınayıb. İdmançılardan 50 kiloqram çəkidə mübarizə aparan Tayfur Əliyev və 63,5 kiloqramda mübarizə aparan Əli Yasinov gecənin qalibi olublar. 48 kiloqramda mübarizə aparan Mirac Qocayev isə ikinci yerə layiq görülüb.