ABŞ-nin tətbiq etdiyi idxal rüsumları dünya iqtisadiyyatı üçün ciddi problemlər yaradıb - Çinin Azərbaycandakı səfiri

28 Aprel 2025 16:26 (UTC+04:00)

ABŞ hökuməti tərəfindən əksər ölkələrdən idxala gömrük rüsumlarının tətbiqi dünya iqtisadiyyatı üçün ciddi problemlər yaradır. SİA xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey aprelin 28-də keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ-nin addımları praktik olaraq bütün dünyaya təzyiq göstərmək üçün rüsumlardan istifadə etmək deməkdir ki, bu da dünya ticarəti üçün ciddi risklər yaradır.