Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək. SİA xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Gündəliyə əsasən, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi bir oxunuşda müzakirə olunacaq.