"Çukur" serialından azərbaycanlı pərəstişkarlarına ŞAD XƏBƏR

28 Aprel 2025 16:03 (UTC+04:00)

"Çukur" serialının film versiyası gəlir. SİA xarici mətbuata istinadən xəbər verir ki, türk televiziya tarixinin uğurlu layihələrindən biri olan "Çukur" serialı film versiyası ilə pərəstişkarlarının qarşısına çıxacaq. Bir dönəmin ən çox müzakirə olunan və izlənilən seriallarından biri olan "Çukur"un film versiyası ilə bağlı planlar əvvəlki illərdə təxirə salınmışdı. Ancaq "Ay Yapım" bu filmi yenidən gündəmə gətirdi və "Prime Video" ilə əməkdaşlıq qurdu. Bu yay çəkilməsi planlaşdırılan filmdə hansı aktyorların rol alacağı maraqla gözlənilir.

Musiqisi, saç kəsimi və bir çox digər özəllikləri ilə fenomen halına gələn 4 mövsüm və 131 bölüm davam edən "Çukur" pərəstişkarları üçün unudulmaz bir təcrübə olmuşdu.

Müəllif: Günel Fərzəliyeva