...Süni intellekt təxminən 300 milyon insanın işini itirməsinə səbəb olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, “Forbes” xəbər verir ki, bu, “Goldman Sachs”ın gəldiyi nəticədir.
Deməli, qlobal əmək bazarının 25 faizinin avtomatlaşdırılacağı proqnozlaşdırılır.
Eyni zamanda, ekspertlərin qeyd etdiyi kimi, süni intellekt inşaatçı, quraşdırıcı və xidmət işçiləri kimi əmək tutumlu peşələr üçün ən az təhlükə yaradır.
ABŞ-ın maliyyə naziri Scott Bessent süni intellektin Amerikanın rəqabət qabiliyyətini artıra biləcəyini proqnozlaşdırır.
2040-cı ilə qədər süni intellekt, ehtimal ki, işlərin 50-60 faizini avtomatlaşdıracaq və ya dəyişdirəcək, innovasiyaların davamlı olması halında, 2050-ci ilə qədər tam üstünlük (80 faiz və ya daha çox) mümkün olacaq.
...Mütəxəssislər süni intellektin inkişafı səbəbindən bəzi iş yerlərinin fəaliyyətini dayandıracağını düşünürlər. Məlumatların daxil edilməsi, planlaşdırma və müştəri xidməti ilə məşğul olan insanlar təsirlənəcək.
Mütəxəssislərin qeyd etdiyi kimi, onlar artıq chatbotlar və robot proseslərinin avtomatlaşdırılması kimi süni intellekt vasitələri ilə əvəz olunur.
İctimai Siyasət Araşdırmaları İnstitutu 2024-cü ildə belə qənaətə gəlib ki, inzibati tapşırıqların 60 faizi avtomatlaşdırıla bilər.
...“Black Rock”-ın baş direktoru Larri Fink qeyd edib ki, onun şirkəti süni intellektlə bek-ofis funksiyalarını sadələşdirir, xərcləri azaldır. Təkrarlanan məlumatların işlənməsini tələb edən bu rollar süni intellek dəqiqliyi yaxşılaşdıqca yaxın gələcəkdə köhnələcək. Həmçinin qeyd edilir ki, süni intellekt artıq mühasibat uçotu, maliyyə modelləşdirməsi və əsas məlumatların təhlilini idarə edə bilir, çünki süni intellekt insanlardan daha sürətli rəqəmlər və hesabatlar yarada bilər.
...“JPMorgan Chase”-in baş direktoru Ceymi Daymon, 2030-cu ilə qədər bank işində analitik rolların 20 faizinin risk altında olacağını proqnozlaşdırır.
Digər şeylər arasında, paralegal iş, müqavilə tərtibatı və hüquqi araşdırma Harvey və CoCounsel kimi süni ittellekt alətləri tərəfindən də həyata keçirilə bilər.
Onlar sənədlərin təhlilini 90 faiz dəqiqliklə avtomatlaşdırırlar.
...Makro investor və Bridgewater hedcinq fondunun təsisçisi Rey Dalio xəbərdarlıq edir ki, süni intellekt nəhəng məlumat dəstlərini təhlil etmək, akademiya və konsaltinqdə tədqiqata əsaslanan rolları təhdid etmək qabiliyyətinə malikdir.
Həmçinin təxmin edilir ki, 2035-ci ilə qədər media işlərinin 30 faizi avtomatlaşdırıla bilər.
Süni intellektlə yaradılan məzmunun tezliklə reklamda üstünlük təşkil edəcəyi proqnozlaşdırılır, baxmayaraq ki, hekayə və yüksək sənətdə insan yaradıcılığı daha uzun müddət davam edəcək və tam avtomatlaşdırmanı gecikdirəcək.
Öz növbəsində, Dünya İqtisadi Forumunun hesabatında qeyd olunur ki, 2040-cı ilə qədər proqramlaşdırma tapşırıqlarının 40 faizi avtomatlaşdırıla bilər, baxmayaraq ki, sıçrayışlı tədqiqat və inkişaf kimi mürəkkəb yeniliklər daha uzun müddət insanın nəzarətində qalacaq.
Süni intellekt tibb sahəsinə də təsir edə bilər.
...Lancet araşdırmasına görə, 2035-ci ilə qədər tibbi inzibati vəzifələrin 25 faizi yoxa çıxa bilər, lakin xəstələrə qulluq hələ də insanların etibarını tələb edəcək.
Təhsil sahəsində, jurnalistlərin yazdığı kimi, 2040-cı ilə qədər tapşırıqların yalnız 10 faizi avtomatlaşdırılacaq.
Əli Babayev