Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün tərəflər üçün böyük səmərə gətirəcək - PREZİDENT

28 Aprel 2025 15:28 (UTC+04:00)

Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün tərəflər üçün böyük səmərə gətirəcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında danışıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu layihə üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirir.