“Bu idman növünü inkişaf etdirmək üçün imkanlarımız çoxdur” - Qurum rəsmisi DANIŞDI

28 Aprel 2025 13:09 (UTC+04:00)

“Kanoe və Avarçəkmə üzrə Prezident kubokunda çoxlu millətlər iştirak edir”. SİA xəbər verir ki, bunu Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.

Qurum rəsmisi qeyd edib ki, Avropa Kanoe Assosasiyasının prezidenti kimi burada iştirak etdiyinə görə çox şaddır: “Bu Füzuliyə ikinci gəlişimdir. Mənim üçün burada iştirak etmək olduqca önəmlidir. Burada Füzulini öyrənmək üçün varam. Həmçinin bura bizim bu idman növündə rekreasiya fəaliyyətlərini inkişaf etdirə biləcəyimiz bir məkandır. Bu qədər iştirakçının yarışda iştirak etdiyini görmək çox xoşdur. Azərbaycan bu təşkilatçılıqdan sonra önəmli təcrübə qazanacaq. Bütün bunların sayəsində gələcəkdə Avropa çempionatına da ev sahibliyi edə bilər. Bizim texniki heyətimiz də bu həftənin sonuna qədər baxış keçirmək üçün burada iştirak edəcək. Sizin çoxlu məkanlarınız var ki, bu idman növünü inkişaf etdirəsiniz. Hətta bunun üçün xüsusi assosasiya təyin etmək olar ki, məktəblərdə də kanoe və avarçəkməni inkişaf etdirəsiz”.