Parapauerliftinq üzrə Azərbaycan millisi Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb. Bu barədə SİA-ya Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Yığma üzvləri Bakuriani şəhərində hazırlıq prosesində iştirak edirlər. Mayın 6-dək davam edəcək toplanışa 6 idmançı qatılıb.
Hazırlıq prosesinə Pərvin Məmmədov, Rəsul Zəkiyev, Şamo Aslanov, Talib Zeynalov, Zəhra Dadaşova ilə Leyla Kərimova cəlb ediliblər.
Toplanış mayın 6-13-ü aralığında Tbilisidə keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.