Azərbaycanda 2024-cü il ərzində texniki əmək müfəttişləri tərəfindən yoxlama aparılan müəssisə və təşkilatlarda aşkar edilmiş 1 454 pozuntunun 85 %-i aradan qaldırılıb. SİA xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 436 müəssisə və təşkilatda yoxlamalar aparılıb: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qarşısında duran əsas vəzifələrdən biri iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradırılması, işçilərin bədbəxt hadisələrlə qarşılaşmaması üçün öncədən lazımi tədbirlərin həyata keçirilməsi ilə ictimai nəzarətin təmin edilməsidir. Bununla əlaqədar olaraq Həmkarlar İttifaqları olan müəssələrdə əmək müfəttişləri mütəmadi nəzarət, profilaktika və maarifləndirmə işlərini həyata keçirirlər".