Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub

28 Aprel 2025 11:03 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 28-i saat 00:25-də Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb".