"Turan Tovuz"un baş məşqçisi Rusiya klubunun qonağı olub - FOTOLAR

28 Aprel 2025 10:09 (UTC+04:00)

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev “Rubin” klubunun qonağı olub. SİA Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Rusiya Premyer Liqasının XXVI turunda keçirilən “Rubin” - “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib.

Kurban Berdıyev rəmzi olaraq oyunda topa ilk toxunuşu yerinə yetirib.

Ona “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.