Əmtəə bazarlarında qızılın qiyməti yenidən 3 300 dolları ötüb

28 Aprel 2025 09:57 (UTC+04:00)

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,28% artaraq 3 307,5 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,61% azalaraq 33,13 ABŞ dollarına bərabər olub.