Bakıda avtomobil idaretmədən çıxaraq idman zalına çırpılıb

28 Aprel 2025 09:34 (UTC+04:00)

Bakıda avtomobil idarətmədən çıxaraq idman zalına çırpılıb. SİA xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Orxan Qurbanovun idarə etdiyi "Azsamand" markalı avtomobil idman zalının içinə daxil olub. Sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.