Superliqa: “Qalatasaray” böyükhesablı qələbə qazanıb

27 Aprel 2025 23:10 (UTC+04:00)

Türkiyə Superliqasında XXXIII turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, çempionluq mübarizəsi aparan “Qalatasaray” səfərdə “Eyupspor”la qarşılaşıb. Görüş “cim-bom”un 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qələbə sayəsində xallarını 80-ə yüksəldən “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. Meydan sahibləri isə 50 xalla 5-ci pillədə qərarlaşıb.