Qarabağ" 12-ci dəfə Azərbaycan çempionluğunu qazanıb

27 Aprel 2025 22:00 (UTC+04:00)

"Qarabağ" komandası futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olub.

SİA xəbər verir ki, XXXII turda "Sabah"la səfərdə 1:1 hesablı heç-heçə edən Ağdam klubu sona 4 tur qalmış qızıl medalları təmin edib.

Qarşılaşmada hesabı 42-ci dəqiqədə qonaq komandanın hücumçusu Redon Cica açıb. Albaniyalı forvard penalti zərbəsini dəqiq yerinə yetirib. Bərabərlik qolu isə ikinci hissədə vurulub. Paytaxt təmsilçisinin heyətində Boyan Letiç 73-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Bununla da xallarını 77-yə çatdıran Qurban Qurbanovun komandası 12-cı dəfə Azərbaycan çempionu olub. “Sabah” isə 40 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, tura aprelin 28-də keçiriləcək “Sumqayıt” - “Neftçi” oyunu ilə yekun vurulacaq.