...Eks-an-Provens Apellyasiya Məhkəməsi Rusiya Federasiyasının Müqəddəs Nikolay və Aleksandra kilsəsinə, habelə Nitsadakı Kauka pravoslav qəbiristanlığına olan hüququnu təmin edib. Uzun illər davam edən hüquqi mübahisə Rusiya Federasiyasının qələbəsi ilə uğurla başa çatıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, əvvəllər bu saytları idarə edən Nitsa Rus Pravoslav Kult Assosiasiyası (ACOR) ilə uzun müddətdir davam edən hüquqi mübahisənin sonu olub.
1923-cü ildə qurulan Nitsa Rus Pravoslav Kult assosiasiyası indi Rue Lonşan və Kokad qəbiristanlığında kilsənin açarlarının təhvil verilməsinə cavabdehdir.
Bundan əvvəl, 2021-ci ilin fevralında Nitsa məhkəməsi artıq Rusiyanın Müqəddəs Nikolay Katedrali yaxınlığındakı torpaq sahələrinə hüquqlarını tanımışdı, lakin həmin vaxt kilsə və qəbiristanlıq Nitsa Rus Pravoslav Kult Assosiasiyası nəzarətində idi.
19-cu əsrin sonlarında tikilmiş Müqəddəs Nikolay və Aleksandra kilsəsi və Kokkad qəbiristanlığı Nitsadakı rus icması üçün böyük əhəmiyyət kəsb edir. Assosiasiyanın onların fəaliyyətini uzun illər dəstəkləməsinə baxmayaraq, mülkiyyət hüququ ilə bağlı məhkəmə prosesləri 2015-ci ildən davam edir. Kokkad qəbiristanlığı Fransada ikinci ən böyük rus qəbiristanlığı hesab olunur və Parisdəki Saint-Geneviève-des-Bois nekropolundan sonra ikinci yerdədir.
Əli Babayev