Toyota elektrik krossoveri Rusiyada Vesta-dan daha ucuzdur..?

27 Aprel 2025 22:35 (UTC+04:00)

...Bir il əvvəl təqdim olunan Toyota bZ3C konsept avtomobili fərqli indekslə - bZ5 ilə istehsal elektrik krossoveri kimi yenidən doğulub.

SİA-nın məlumatına görə, Şanxay avtosalonunda istehsal modeli nümayiş etdirilib.

bZ5 maili dam örtüyü ilə gənclər üçün nəzərdə tutulmuş beş nəfərlik krossover kupedir.

Avtomobil Toyota və onun iki çinli tərəfdaşı - BYD və FAW-ın birgə səyləri nəticəsində yaradılıb. Texniki məlumat hələ azdır: dizayn mono-drivelidir, 200 kVt (272 at gücü) mühərriklə, iki tutumlu variantda litium-dəmir-fosfat akkumulyatoru ilə təchiz edilmişdir.

Standart versiya 550 km-ə qədər, isteğe bağlı versiya isə 630 km-ə qədər məsafəni təmin edir.

Çində yeni məhsulun qiyməti 130 min yuandan (rus pulu ilə təxminən 1,5 milyon rubl) başlayır.

Bəli, burada Vesta-dan daha ucuzdur.

Nazlı Almuradova