Bakıda yağış yağacaq, şimşək çaxacaq

27 Aprel 2025 17:33 (UTC+04:00)

Hava şəraitinin dəyişəcəyi ilə bağlı növbəti xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.