Maşın səkiyə çırpıldı -ÖLƏN VAR

27 Aprel 2025 14:07 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
SİA xəbər verir ki, Kərimov Əmirəli Hüseyn oğlu idarə etdiyi "VAZ-2109" markalı nəqliyyat vasitəsi ilə Xətai rayonu, 8 Noyabr prospekti ilə üzü Zığ yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib, nəticədə avtomobil səkiyə çırpılıb.

Sürücü aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.