...SİA NBC News-a istinadən bildirir ki, ABŞ-ın Merilend ştatından olan Todd Engel "Ozempic" dərmanını qəbul etdikdən sonra görmə qabiliyyətini itirdiyini və risklə bağlı xəbərdarlıq edilmədiyini iddia edərək, "Novo Nordisk"i məhkəməyə verib.
İddiaçının vəkili Conatan Orentin sözlərinə görə, 62 yaşlı Engel 2023-cü ildə tip 2 diabetinə nəzarət etmək üçün “Ozempic” qəbul etməyə başlayıb. Dörd ay sonra ona görmə qabiliyyətinin tam itirilməsi ilə nəticələnən qeyri-arteritik anterior işemik optik neyropatiya (NAION) diaqnozu qoyulub.
...Əgər o, “Özempic”in belə mənfi reaksiya verə biləcəyini bilsəydi, başqa müalicə variantlarını nəzərdən keçirərdi. Şəkərli diabet üçün çox təsirli dərmanlar var.
Bunu deyən Orent iddia edir ki, “Novo Nordisk” klinik sınaqlar zamanı NAION hadisələri haqqında bilirdi, lakin dərmanın qablaşdırmasında görmə itkisi riskini açıqlamayıb. ...Heç nə cavabdehin NAION riski ilə bağlı xəbərdarlıq əlavə etməsinə mane olmadı,-iddianın mətnində deyilir.
...Arvadımın təbəssümünü bir daha görməyəcəyimi başa düşmək ağrı verir. Amma onun səsini o qədər yaxşı tanıyıram ki, gülümsədiyini anlaya bilirəm.
Engelin özü vəkili ilə söhbətində etiraf edib bunu.
...İddiaya cavab olaraq, “Novo Nordisk” nümayəndələri "NAION-un “Ozempic”-ə məlum mənfi reaksiya olmadığını söyləyiblər.
Şirkət əlavə edib ki, tədqiqat məlumatlarını diqqətlə nəzərdən keçirib və dərman və görmə itkisi arasında əlaqə olduğuna dair heç bir dəlil tapmayıb.
“Novo Nordisk” qeyd etdi: "Terapiyaya başlamaqla bağlı bütün qərarlar potensial fayda və risklərin qiymətləndirilməsi əsasında xəstə ilə məsləhətləşərək həkim tərəfindən qəbul edilməlidir".
Engelin iddiası təzminat və andlılar məhkəməsi tələb edir. ...Toddun hekayəsi hər kəsə xatırlatmalıdır ki, bu "möcüzə dərmanı"nın başqa, təhlükəli tərəfi də var.
Bunu Orent deyib.
Nazlı Almuradova