Gəncədə qadın küçə itlərinin hücumuna məruz qalıb

27 Aprel 2025 10:00 (UTC+04:00)

Gəncə şəhərində küçə itləri qadına xəsarət yetirib. Bu barədə SİA xəbər verir.

Gəncə şəhər ərazisində Goranboy rayon sakini 1977-ci il təvəllüdlü P.Əliyeva bir neçə küçə itlərinin hücumuna məruz qalıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.