Futbol üzrə İspaniya Kral Kubokunun qalibi müəyyənləşib. SİA xəbər verir ki, Sevilya şəhərində keçirilən final oyununda "El-Klasiko” baş tutub. "Barselona" və "Real Madrid" komandalarının üz-üzə gəldiyi matç gərgin və bol qollu keçib. Görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılıb. Burada isə daha bir top vuran Kataloniya klubu İspaniya Kral Kubokunun qalibi olub - 3:2. Bununla da "Barselona" 32-ci dəfə İspaniya Kral Kubokuna sahib çıxıb.