Başında 468 şərab qədəhi ilə rəqs edir...

27 Aprel 2025 01:07 (UTC+04:00)

Kiprdə bir rəqqasə rəqs edərkən başında 468 şərab qədəhini balanslaşdıraraq dünya rekordunu qırmış ola bilər.

SİA-nın məlumatına görə, "Noj" yazır ki, Dinos Kkantis qədəhlərlə ənənəvi rəqs edib və bu rəqs zamanı başına şüşə qablar olan nimçələr qoyulub.
Kkantis başında 468 qədəhlə rəqs etməyi bacarıb.

Bu, Ginnesin Rekordlar Kitabına layiq bir performansdır.

Qeyd edək ki, 319 stəkanın hazırkı rekordu 2023-cü ilin mayında kiprli Aristotelis Valaoritis tərəfindən müəyyən edilmişdir.

Kkantisin performansına dair video və digər sübutlar rəsmiləşdirilməmişdən əvvəl Ginnesin Rekordlar Komitəsi tərəfindən nəzərdən keçirilməlidir.

Nazlı Almuradova