Misli Premyer Liqası: “Zirə” Tovuzda “Kəpəz”i məğlub edib

26 Aprel 2025 21:20 (UTC+04:00)

Futbol üzrə Misli Premyer Liqasında XXXII turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, günün yeganə qarşılaşmasında “Kəpəz” Tovuz şəhər stadionunda “Zirə” ilə üz-üzə gəlib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 64-cü dəqiqədə Salifu Suma vurub.

Bu nəticədən sonra xallarını 64-ə çatdıran “Zirə” ikinci, “Kəpəz” isə 28 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ötən gün keçirilmiş “Turan Tovuz” - “Şamaxı” matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.