Putinə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi barədə məruzə edilib

26 Aprel 2025 14:48 (UTC+04:00)

Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi əməliyyatı başa çatıb. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İnterfaks"a bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi əməliyyatının başa çatması barədə məruzə edib.