Zelenski və Tramp 15 dəqiqə danışıblar, danışıqları davam etdirməyə razılaşıblar

26 Aprel 2025 14:47 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp danışıqları davam etdirməyə razılaşıblar. SİA xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Məlumata görə, komandalar görüşün davamının təşkili üzərində işləyirlər.

"Prezidentlər Müqəddəs Pyotr Bazilikasında (Vatikanda) görüşüblər. Görüş təxminən 15 dəqiqə çəkdi. Onlar danışıqları davam etdirməyə razılaşıblar. Komandalar görüşün davamının təşkili üzərində işləyirlər", - S.Nikiforov bildirib.

O, görüşün davamının bu gün baş tutacağını qeyd edib.