Ağ Ciyər Xəstəliklər Mərkəzinin Salyan Regional Xəstəxanasına yeni baş həkim təyin edilib

26 Aprel 2025 14:33 (UTC+04:00)

Ağ Ciyər Xəstəliklər Mərkəzinin Salyan Regional Xəstəxanasına yeni baş həkim təyin edilib. SİA xəbər verir ki, bu vəzifəyə 1967-ci il təvəllüdlü Nuriyev Əli Mirzəmməd oğlu təyin olunub.

Bundan əvvəl həmin vəzifədə Xanış Abbasov çalışıb.

Qeyd edək ki, ehtiyatda olan polkovnik Ə.Nuriyev uzun illər hərbi həkim işləyib.