İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb. SİA TASS-a istinadən verdiyi məlumata görə, bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib.
"İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 80 nəfər xəsarət alıb", - o qeyd edib.
Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.