Tramp və Zelenski Papanın dəfnindən sonra danışıqlar barədə razılığa gəliblər

26 Aprel 2025 13:27 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda Roma Papası Fransiskin dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Daha əvvəl xarici KİV Donald Trampın Vatikanda Roma Papası Fransiskin dəfn mərasimi başlamazdan əvvəl Vladimir Zelenski ilə qısa görüş keçirdiyi barədə məlumat yaymışdı.