Araz çayında suyun səviyyəsi artıb

26 Aprel 2025 10:19 (UTC+04:00)

Araz çayının yuxarı axımında suyun səviyyəsi 41 sm artıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avtomat hidroloji stansiyaların aprelin 26-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 31 sm, Əyriçay-Ağyazıdə 9 sm, Qudiyalçay-Qımılda 4 sm, Katexçay-Qəbizdərədə 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlıda 11 sm, Bərgüşadçay-Əliquluuşağıda 10 sm artım qeydə alınıb.