Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək

26 Aprel 2025 10:02 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək. SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

“Sabah” klubu “Şəki” ilə üz-üzə gələcək. Görüş Bakı İdman Sarayında, saat 14:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşü sabah “Neftçi” və “Abşeron” komandaları arasında keçiriləcək.