Ağdaş rayonunda yol qəzası olub, ölən var. SİA xəbər verir ki, hadisə rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Opel" və VAZ markalı minik avtomobilləri toqquşub. Nəticədə VAZ-ın sürücüsü, 26 yaşlı Afiq Səmədov hadisə yerində ölüb. 39 yaşlı Maqsud Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.