Misli Premyer Liqasının XXXII turunda bu gün “Kəpəz” “Zirə” ilə qarşılaşacaq. SİA xəbər verir ki, görüş Tovuz şəhər stadionunda, saat 19:00-da başlayacaq.
Matçın baş hakimi Əliyar Ağayev olacaq. “Zirə” hazırda 61 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.
Misli Premyer Liqası
IV dövrə, XXXII tur
26 aprel
19:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun ötən gün baş tutan “Turan Tovuz” - “Şamaxı” matçı 1:1 hesablı bərabərliklə bitib. XXXII tura aprelin 28-də yekun vurulacaq.