Yamal yun papaqla məşq edir - FOTO

26 Aprel 2025 05:37 (UTC+04:00)

Şənbə günü “Barselona” İspaniya kubokunun finalında “Real”la qarşılaşacaq. SİA xəbər verir ki, “Barsa”nın baş məşqçisi Hans-Diter Flik Lamin Yamalın finala sürpriz hazırladığını bildirib. ” Lamin yaşına görə inanılmaz oyunçudur. Onun sizin üçün xüsusi bir şeyi var, tezliklə özünüz görəcəksiniz…” deyə “Barselona”nın baş məşqçisi mətbuat konfransında bildirib. Flik təbəssümlə Laminin Kubokun finalına “sürpriz” hazırladığına işarə vurdu.

Qeyd edək ki, Yamal Sevilyada 27 dərəcə temperaturda yun papaqla məşq edib. Sürpriz yəqin ki, 17 yaşlı vingerin saç düzümü ilə bağlıdır.