Yardımlı rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, aksiya Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Respublika Qan Bankı” publik hüquqi şəxsin təşəbbüsü ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanasında təşkil edilib.
Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.