Azərbaycanda təhlükəli yüklərin dəmir yolu ilə daşınmasına icazə və lisenziya tələb olunmayacaq

25 Aprel 2025 17:44 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazə və lisenziyaların siyahısını təsdiqləyib. SİA xəbər verir ki, söhbət təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsinə icazədən və təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına görə lisenziyadan gedir.