Əqli Mülkiyyət Agentliyi MDB-də Azərbaycanı səlahiyyətli qurum kimi təmsil edəcək

25 Aprel 2025 17:42 (UTC+04:00)

Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycanın səlahiyyətli qurumu müəyyən edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla bu səlahiyyət Azərbaycanın Əqli Mülkiyyət Agentliyinə verilib.