Azərbaycan və BƏƏ iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

25 Aprel 2025 16:30 (UTC+04:00)

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə iqtisadi sektorda birgə fəaliyyəti, ticarət, investisiya, sənaye parkları və "yaşıl enerji" sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu barədə müzakirələr BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.