FİBA-nın baş katibi Azərbaycan Basketbol Federasiyasının əməkdaşları ilə görüşüb - FOTOLAR

25 Aprel 2025 15:35 (UTC+04:00)

FİBA-nın baş katibi Andreas Zaqklis Azərbaycan Basketbol Federasiyasının (ABF) əməkdaşları ilə görüşüb. SİA ABF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, qurum rəhbəri onların gündəlik fəaliyyəti və iş prosesi ilə yaxından tanış olub.

FİBA rəsmisi Azərbaycan basketbolunun inkişafını yüksək qiymətləndirib və ABF əməkdaşlarının basketbolun ölkədə daha geniş yayılması və peşəkar səviyyədə inkişafı istiqamətində səylərini və görülən tədbirləri müsbət dəyərləndirib.

ABF əməkdaşları ilə səmimi söhbət edən A.Zaqklis onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.